Qoyun qilim namazimi - Qedimi mersiyyeler
Hara gedirsən ay baba
Hara gedirsən ay baba,
Dalınca ağlıyan gəlir
Başında yarə var dayan,
Yaranı bağlıyan gəlir
Dedi qızım niyə məni,
Belə qaçıb qabaqladın
Müsafirəm gözəl balam,
Məni yol üstə saxladın
Vəfasız aşiqəm əgər,
Sənin qəmindən yanmasam
Gəlincə qətligahidən,
Yol üstə mən dayanmasam
Hara gedirsən ay baba,
Dalınca ağlıyan gəlir
Qoyun qılım namazımı,
Sonra kəsin boğazımı
Qonağızam vəfalıyam,
Yaralıyam-yaralıyam
Su yoxdu dəstəmaz alam,
Üz üstə səcdədə qalam
Ölüb əzan deyən balam,
Cigər yanır əzalıyam
Bəla çölün duman tutub,
Bu gülşəni xəzan tutub
İki gözümü qan tutub,
Görürsüz ibtilalıyam
Məni qoşun nədən vurar,
Ərazili zəman vurar
Gələn vurar,gedən vurar,
Solan gülün misalıyam
Çıxıb kamani kinədən,
Dəyibdi ox bu sinədən
Əl üzmüşəm Mədinədən,
Həmişə Kərbəlalıyam
Mən aşiqi şəhadətəm,
Əmiri-mülkü-vəhdətəm
Fədayi-rahi-izzətəm,
Bir aşiqin cəlalıyam
Köməklərim batıb qana,
Düşüb hərəsi bir yana
Sızıldaram yana-yana,
Ki ney kimi nəvalıyam
Gəlib qan ağlıyan bacım,
O sinə dağlayan bacım
Gözümü bağlayan bacım,
Deyir başı bəlalıyam