Mərsiyyənin sözləri
Xudaya, bizi zəvvar elə Kərbubəlayə,
Öpək qəbri Huseyni gələk ahu nəvayə
Canəm Huseyn canəm
Düşək səcdəyə bahəm
Edək çoxlu dualar
Deyək növhə Huseynə
Baxaq bəzmi əzayə
Canəm Huseyn canəm
Düşər yada o günlər
Xanım Zeynəbi nalan
Gələr ahu fəğanə
Baxıb qanlı minayə
Görüb nəşi Huseyni
Batıb qana sərasər
Başın kəsmiş o, zalım
Vurub noki cidayə
Xitab etdi o Zeynəb
Mənim tazə cavanım
Qalıb isti qum ustə
Odur ruhi rəvanım
Susuz kəsdilə başın
Qanın tökdülər ey vay
Necə biz dözərik bəs
Elə cövri cəfayə
Edib cismini üryan
Bu torpaqların üstə
Qalıb isti gün üstə
Odur yarəli peykər
Biri söylər atam vay
Biri söylər oğul vay
Biri qardaşım ey vay
Çıxar nalə səmayə
Bizi çatdır ilahi
Yetək arzu muradə
Quraq bəzmi əza biz
Muqəddəs o, pak adə
Bizim pis günümüzdə
Yetişəydi o, dadə
Səni CAHİD həmişə
Huseynim sala yadə