Hara çəkir baş niyzə
Ucadı qardaş niyzə
Öpə bilmirəm ziba alnından
Əyilsin ey kaş niyzə
Mənə dəyib qamçı ilə şillə
Sənə dəyib daş niyzə
Ey Hüseynim Ey Hüseynim
Ağırdı qəm ay qardaş
Yanır hərəm ay qardaş
Rubabə birdə qamçı dəysə
Dözə bilmərəm ay qardaş
Kəsildi çarəm qıl bir çarə
Ki müztərəm ay qardaş
Ey Hüseynim Ey Hüseynim
Nə bi vəfadır kufə
Bəlalı yerdir kufə
Vurublar başından daş guya ki kərbəladır kufə
Mənə baxıb əl çaldı ümmət
Nə bi vəfadır kufə
Ey Hüseynim Ey Hüseynim
Kimə çatıbdır başın
Məni atıbdır başın
Kimə qonağ olmuşdun qardaş
Külə batıbdır başın
Üzün yanıb ey vay mətbəxdə
Məgər yatıbdır başın
Ey Hüseynim Ey Hüseynim